ForHome mebel fabriki yüksək keyfiyyətli mebelləri fabrikdən birbaşa olaraq sizin mənzilinizə çatdırır. Səhifədə gördüyünüz bütün məhsullar Bakı şəhəri ərazisində istənilən ünvana tam ödənişsiz çatdırılır və quraşdırılır. Anbar qalıqlarını daha optimal tutmaq və sizin üçün keyfiyyətli mebelləri daha münasib qiymətə təklif etmək üçün ForHome mebellərin növündən asılı olaraq 5 iş günü ərzində mebelləri Sizin evinizə çatdırır. Bəzi modellərin anbar qalığı məhdud sayda olduğundan sifariş müddəti tam dəqiq formada telefonla dəqiqləşdirmə zamanı sizə bildiriləcəkdir.

Ödəniş şərtləri sizin rahatçılığınızı tam düşünərək 3 formada həyata keçirilir.

1. Onlayn ödəniş. Siz mebeli seçirsiniz və plastik-kartla ödəniş həyata keçirirsiniz.

2. Sizə uyğun olan yerdə. Bu zaman mebel seçilib, müzakirə edildikdən sonra, sizə uyğun olan yerdə fabrikin məsul əməkdaşı ilə görüşülür və ödənişin bir hissəsi (və ya tam olaraq) alınır, razılaşdırılmış müddətə mebel evinizə çatıdırılır təhvil verilir.

3. Nağd yerində ödəniş. Bu zaman Mebel seçilir, səbətə əlavə edilir, 050 203 3300 telefonuna zəng edilir və dəqiqləşdirildikdən sonra mebel evinizə gətirilir, quraşdırılır və yerində ödəniş həyata keçirilir.

ForHome mebellərini seçdiyiniz üçün təşəkkür edirik!